• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Qırğızıstanda sosial şəbəkə nəzarəti sərtləşdirilir

DÜNYA

11 Iyul 2025 | 09:43

Qırğızıstanda sosial şəbəkə nəzarəti sərtləşdirilir

Qırğızıstan Prezidenti Sadır Japarov sosial şəbəkələrdə feyk məlumatlara görə cərimələr nəzərdə tutan qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

Söhbət vətəndaşların və ya təşkilatların hüquq və qanuni maraqlarının, yaxud qanunla qorunan cəmiyyət və ya dövlət maraqlarının pozulmasına şərait yaradan feyk məlumatlardan gedir.

Fiziki şəxslər üçün cərimə 20 min som, hüquqi şəxslər üçün isə 65 min som təşkil edəcək.

Xatırladaq ki, fevralın 10-dan Qırğızıstanda internetdə təhqir və böhtan ilə bağlı cərimələrə dair qanun qüvvəyə minib. Bu cərimələrin məbləği də 20 min və 65 min som təşkil edib.


SON XƏBƏRLƏR