Estoniya 2027-ci ildə Ukrayna ilə bağlı konfransa ev sahibliyi edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının baş naziri Kristen Mixal "ERR" dövlət televiziyası məlumat verib.
Məlumata görə, sözügüdən konfrans Ukraynanın iqtisadi bərpası ilə bağlıdır.
“Biz bütün hökumətləri, biznesləri və vətəndaş cəmiyyətini bizə qoşulmağa və Ukraynanın gələcəyini dəstəkləməyə dəvət edirik”, - deyə hökumət başçısı bildirib.
Həmçinin bildirilir ki, son bir neçə ildə Estoniya Ukraynaya iqtisadiyyatın bərpası üçün 42 milyon avroya yaxın vəsait ayırıb. Tallin də gələcəkdə əlavə tranşlar göndərməyi planlaşdırır.
Mina Mikayılova