• Bakı 25° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Mask Trampla bağlı yazdıqlarından peşmandır

DÜNYA

11 Iyun 2025 | 12:22

Mask Trampla bağlı yazdıqlarından peşmandır

Amerikalı milyarder İlon Mask ölkə Prezidenti Donald Trampla bağlı etdiyi bəzi paylaşımlara görə təəssüfləndiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Mask bu barədə “X” hesabında paylaşım edib. 

“Ötən həftə Trampla bağlı bəzi paylaşımlarıma görə təəssüf hissi keçirirəm”, - deyə Mask qeyd edib.

Onun fikrincə, ABŞ lideri barədə paylaşımlarının bəziləri həddindən artıq sərt olub. 

Xatırladaq ki, iyunun 5-də Trampla Mask sosial şəbəkələrdə bir-biri barədə kəskin tənqidlər paylaşıb. Belə ki, milyarder Trampın onun dəstəyi olmadan 2024-cü ilin noyabrındakı prezident seçkilərində qalib gələ bilməyəcəyini iddia edib, Trampa qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib, Ağ Evin dövlət xərclərinin azaldılması barədə qanun layihəsini, eləcə də prezidentin elan etdiyi idxal rüsumlarını tənqid edib.

Tramp isə öz növbəsində Maskın ağlını itirdiyini, onun Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etdiyi zaman vəzifələrini layiqincə yerinə yetirmədiyini deyib. ABŞ lideri eyni zamanda Maskın şirkətləri ilə dövlət müqavilələrini ləğv etməklə bağlı hədələr də səsləndirib.


SON XƏBƏRLƏR