• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

ABŞ və Çin razılığa gəldi - rüsumlar azaldılır

DÜNYA

12 May 2025 | 12:00

ABŞ və Çin razılığa gəldi - rüsumlar azaldılır

ABŞ və Çin rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılaşıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə birgə bəyanatda deyilir.

Çin ABŞ-dən daxil olan mallara tətbiq olunan rüsumları 90 gün müddətinə 24 faiz bəndi azaldacaq.

ABŞ maliyyə naziri Skott Bessent Cenevrədə aparılan danışıqların yekunu üzrə bildirib ki, razılaşmaya əsasən, Vaşinqton Çin mallarına rüsumları 145 %-dən 30 %-ə, Pekin isə 125 %-dən 10 %-ə endirəcək. Daha əvvəl İsveçrədə Çin və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların yekunu üzrə tərəflər ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR