• Bakı 24° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Trampdan XƏBƏRDARLIQ -  güc tətbiq ediləcək

DÜNYA

11 Iyun 2025 | 09:26

Trampdan XƏBƏRDARLIQ -  güc tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp, iyunun 14-də Amerika ordusunun yubileyi şərəfinə keçiriləcək hərbi parad zamanı etiraz aksiyaları olacağı təqdirdə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Etiraz etmək istəyən insanlar çox böyük güclə qarşılaşacaqlar”, – Tramp Ağ evdə jurnalistlərə bildirib.

O, etirazçıların ABŞ-ni nifrət edən insanlar olduğunu düşündüyünü əlavə edib.

May ayının əvvəlində ABŞ ordusu iyunun 14-də Vaşinqtonda özünün 250 illiyi şərəfinə hərbi parad keçirəcəyini bildirmişdi. Paradın keçirilmə tarixi Trampın ad günü ilə üst-üstə düşür, ona həmin tarixdə 79 yaş tamam olacaq.


SON XƏBƏRLƏR