• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi hazırlayır

DÜNYA

12 May 2025 | 13:30

Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi hazırlayır

Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırılmasına başlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin bu günə olan iclasının gündəliyində deyilir.

Avropa Komissiyası 17-ci sanksiya paketini birlik ölkələrinə ötən həftə təqdim edib. “Bloomberg” agentliyinin daha əvvəl bildirdiyinə görə, AK 60 fiziki şəxsi və təşkilatı, Rusiya neftini daşıyan 150 tankeri qara siyahıya daxil etməyi təklif edir.
"Səfirlər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğuna görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər", - sənəddə qeyd olunub.

AK bu paketin Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək görüşündə təsdiqlənməsinə çalışır.


SON XƏBƏRLƏR