• Bakı 17° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır ŞƏRTLƏR - VİDEO

CƏMİYYƏT

12 May 2025 | 15:20

Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır ŞƏRTLƏR - VİDEO

“Statistikaya əsasən, azərbaycanlıların turist kimi ən çox üz tutduğu ölkələr arasında Rusiya 2-ci yerdədir. Bu ilin ilk 3 ayı ərzində Rusiyaya gedən azərbaycanlıların sayı 171 min 961 nəfər olub.

Onların sırasına işləmək üçün gedənləri də əlavə etsək, bu rəqəm artır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, gələn ayın sonundan isə bu ölkəyə getmək o qədər də asan olmayacaq:

“Rusiyaya səfər etmək istəyənlər xüsusi QR kod almalıdırlar. Və bunu səfərdən 72 saat əvvəl etməlidirlər. QR kod almağın çətinliyi bir kənara, o kod hələ giriş icazənin olduğu mənasına da gəlmir. Rusiya sərhədçisinin xoşuna gəlməsəniz, ən yaxşı halda sərhəddən geri qaytarılacaqsız. Ən pis halı isə demirəm. Bu qaydalar Rusiyaya vizasız gələn bütün xarici ölkə vətəndaşlarına aiddir. Lakin azərbaycanlıların Rusiyaya iş arxasınca getdiyini nəzərə alsaq, yeni qaydalar ən çox soydaşlarımıza mənfi təsir edə bilərmi? Ekspertlər hesab edir ki, bu qərar Rusiyanın özünə də ciddi zyan vura bilər.”


SON XƏBƏRLƏR