• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Mövsümü allergiya astmaya səbəb ola bilər - Həkim

CƏMİYYƏT

11 Iyun 2025 | 15:15

Mövsümü allergiya astmaya səbəb ola bilər - Həkim

"Mövsümü allergiya astmaya səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat İnstitunun həkim allerqoloqu Nihulya Şamilova deyib.

Onun sözlərinə görə, ağacların tozcuqlarının təsirindən xəstələrdə allergik simptomlar kəskinləşə, astmanın kliniki əlamətləri yarana bilər.

Həkim qeyd edibv ki, kliniki əlamətlərə uyğun uşaqda hansı allergik xəstəlik növü varsa, aşkar olunmalıdır.

"Bunlara allergik rinit, allergik konyunktivit, bronxial astma, allergik enterit kimi xəstəliklər aiddir. Allergik rinit zamanı uşaqlarda tez-tez burun çəkmə, burun axıntısı, asqırma, burun qaşıntısı kimi əlamətlər rast gəlinir".

N.Şamilova nəzərə çatdrııb ki, allergik konyunktivit zamanı göz ətrafında ləkələr yaranır və gözlərdə yaşarma, göz qaşınması kimi əlamətlər görsənir. Bildirib ki, vaxtında müalicə olunmazsa, bronxial astma kimi xəstəliyə keçə bilər.

Mina Mikayılova
 


SON XƏBƏRLƏR