• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Məktəbəqədər təhsil bu müəssisələrdə də həyata keçiriləcək

CƏMİYYƏT

11 Iyun 2025 | 15:04

Məktəbəqədər təhsil bu müəssisələrdə də həyata keçiriləcək

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda qüvvədə olan qanuna əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Beləliklə, bu sıraya məktəbdənkənar təhsil müəssisələri əlavə edilir.

    “Məktəbəqədər təhsil haqqında” qanuna da anoloji dəyişiklik təklif olunur.


    SON XƏBƏRLƏR