• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəncədəki partlayışda xəsarət alan şəxsin SON DURUMU

HADİSƏ

12 May 2025 | 15:46

Gəncədəki partlayışda xəsarət alan şəxsin SON DURUMU

12.05.2024-cü il tarixində saat 14:00 radələrində 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

"Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir",- deyə qurumdan bildirilib.

Qeyd edək ki, Gəncədə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən partlayış olub.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

    Mina Mikayılova


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026
    04 Sentyabr 2026