• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

I sinfə qəbul prosesində prioritet məktəblərə 2 335 sorğu emal edilib

CƏMİYYƏT

12 May 2025 | 13:08

I sinfə qəbul prosesində prioritet məktəblərə 2 335 sorğu emal edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə (https://baku.edu.gov.az/az/page/9/7656) yerləşdirilən 2 335 sorğu emal edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, həmin sorğulardan 1706-ı müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 629 sorğu isə emal mərhələsindədir.

    "Qeyd edək ki, sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləmək tövsiyə edilir", - məlumatda bildirilib.

    Xatırladaq ki, ümumi təhsil məktəblərinin I sinfinə elektron qeydiyyat prosesi 1 may-12 sentyabr 2025-ci il tarixlərini əhatə edir.


    SON XƏBƏRLƏR