İyunun 10-da saat 22:07 radələrində Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü qadın uşaqsalma sonrası vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma səbəbi ilə Doğum evinə müraciət edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
09:17
Şirvan doğum evində körpə doğuş zamanı ölüb.
Bakıvaxtı.az xəbər verir ki, döl ananın 6 aylıq hamiləlik dövründə ölü doğulub.
Faktla bağlı araşdırma aparılır.