• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Daha bir qanunsuz tikili söküldü - FOTO

CƏMİYYƏT

12 May 2025 | 12:59

Daha bir qanunsuz tikili söküldü - FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fiziki şəxs Abbaszadə Elsevər Əvəz oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR