• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

 İlhamə Elşadqızının məhkəməsi başlayıb

HADİSƏ

12 May 2025 | 12:10

 İlhamə Elşadqızının məhkəməsi başlayıb

“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası mayın 14-nə təyin olunub.

    Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

    Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

    İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.


    SON XƏBƏRLƏR