Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ddövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
2024-cü il 19 dekabrda Salyan rayon sakini Röyal Hüseynovun itkin düşməsi ilə bağlı aidiyyati orqanlara məlumat verilir. Keçirilən axtarış-əməliyyat nəticəsində şəxsin bədəninin hissələrə bölünmüş formada aşkar edilir. Məlum olur ki, şəxs öldürülüb və cinayət işini gizlətmək üçün hissələrə ayıraraq kollektora atıb.
İlkin araşdırma zamanı Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Mətanət Hüseynova oğlunu “Xilas etmək” üçün cinayəti öz üzərinə götürüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla məlum olub ki, cinayəti Mətanət Hüseynova deyil, məhrumun oğlu D,H törədib. Mətanət Hüseynova sərbəst buraxılıb, oğul isə saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilməklə istintaqa təhvil verilib.
Məlum olub ki, Röyal Hüseynov ailəsinə zorakılıq göstərib. Bu zorakılıq davamlı və şiddətli olub. Buna dözməyən D,H odlu silahdan atəş açaraq onu qətlə yetirib və izi itirmək üçün meyiti doğrayaraq kollektora atıb.