• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub

HADİSƏ

11 Iyul 2025 | 09:52 | Müəllif: Əli Hüseynov

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, iyulun 10-da ölkə ərazisində ümumilikdə 51 cinayət faktı qeydə alınıb.

Axtarışda olan şəxslərin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 87 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün ərzində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılaraq istintaqa cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026