• Bakı 31° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

ANAMA-nın əməkdaşı və nişanlısının olduğu maşın kanala DÜŞDÜ

HADİSƏ

10 Iyul 2025 | 22:33

ANAMA-nın əməkdaşı və nişanlısının olduğu maşın kanala DÜŞDÜ

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Balaşov Famil Adil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Nəticədə sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.

Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək ambulator müalicə üçün hər iki şəxs evə buraxılıb.

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır


SON XƏBƏRLƏR

10 Iyul 2025