• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib

HADİSƏ

10 Iyul 2025 | 17:05

Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Məmmədəli Əmirxanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirildiyi üçün o, məcburi müalicəyə göndərilib.

    Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 13-də saat 23 radələrində Bakının Suraxanı rayonunda baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla 2003-cü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


    SON XƏBƏRLƏR

    10 Iyul 2025