• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Karlığın yaşla inkişafının qarşısını almağın YOLLARI

CƏMİYYƏT

10 Iyul 2025 | 16:26

Karlığın yaşla inkişafının qarşısını almağın YOLLARI

65 yaşdan sonra karlığın qarşısını üçün qulaq çöpündən imtina etmək və qulaqları gənc yaşlardan səslərdən qorumaq tövsiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 yaşdan yuxarı hər üç nəfərdən biri funksional eşitmə itkisi yaşayır ki, bu vəziyyət təkcə həyat keyfiyyətini aşağı salmır, eyni zamanda sosial təcrid, idrak qabiliyyətində zəifləmə və hətta ağır depressiya formalarına səbəb ola bilər.

Məlumata görə, yaşla əlaqədar eşitmə itkisi daxili qulaqda yerləşən və səsi qəbul edib beyinə ötürən tüklü hüceyrələrin tədricən məhv olması ilə əlaqədardır.

Bu hüceyrələrin məhv olma sürətinə genetika ilə yanaşı, xarici amillər, xroniki səs-küy, eləcə də şəkərli diabet və yüksək qan təzyiqi kimi xəstəliklər də təsir edir.

Qeyd olunub ki, yaşa bağlı eşitmə itkisinin tam qarşısını almaq mümkün olmasa da, müasir vasitələr eşitmə aparatları və koklear implantlar ünsiyyət qabiliyyətini qorumağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

50 yaşdan yuxarı hər kəs mütəmadi olaraq audioloji müayinədən keçməli olduğu vurğulanıb.

Həmçinin qulaqları gənc yaşlardan yüksək səsdən qorumaq tövsiyə edilib.

Qulaq yollarını pambıq çubuqla təmizləməkdən də imtina etmək məsləhət görülüb. Bildirilib ki, qulaq kiri yalnız mütəxəssis tərəfindən təmizlənməlidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyul 2025