• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

OPEC+ 2050-yə qədər dünya neft bazarının 52 %-nə nəzarət edəcək

İQTİSADİYYAT

10 Iyul 2025 | 16:57

OPEC+ 2050-yə qədər dünya neft bazarının 52 %-nə nəzarət edəcək

Dünya neft və digər maye karbohidrogenlərin təklifi 2050-ci ilə qədər 2024-cü illə müqayisədə gündəlik 20,6 milyon barel artaraq sutkada 123 milyon barel təşkil edəcək.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə OPEC-in illik icmalında bildirilib.

Bildirilib ki, 2040-cı ildən etibarən bütün tədarüklərin yarısından çoxu “OPEC+” ölkələrinin payına düşəcək.

Alyansın analitiklərinin fikrincə, 2035-ci ilə qədər üstünlük payı - təxminən 52 % - “OPEC+”a üzv olmayan ölkələrdə qalacaq. Lakin sonrakı dövrdə trend dəyişməyə başlayacaq. 2035-ci ilə qədər bu ölkələrdən təklif gündəlik 59,8 milyon barel olacaq, bundan sonra azalmağa başlayacaq və 2050-ci ilə qədər gündəlik 58,9 milyon barel təşkil edəcək.

Bu, ilk növbədə, ABŞ-nin başçılıq etdiyi Amerika qitəsi ölkələrində təklifin azalması ilə bağlıdır. Onların istehsalının pik həddi 2030-cu ildə - gündəlik 29,6 milyon barel (ABŞ-də 23,1 milyon barel) gözlənilir, bundan sonra ardıcıl azalma başlayacaq. 2050-ci ilə qədər bu ölkələrdə maye karbohidrogenlərin ümumi hasilatı gündəlik 27,3 milyon barel təşkil edəcək. Bu zaman ABŞ-də hasilat gündəlik 19,6 milyon barel qədər azalacaq.

Təşkilatın analitiklərinin qiymətləndirməsinə görə, artıq 2040-cı ilə qədər “OPEC+” ölkələri neft təklifi həcminə görə qeyri-alyans ölkələrini ötəcək – gündəlik 59,7 milyon barelə qarşı sutkada 60,4 milyon barel olacaq. 2050-ci ilə qədər isə fərq artacaq - gündəlik 58,9 milyon barelə qarşı sutkada 64,1 milyon barel təşkil edəcək. Beləliklə, 25 ildən sonra “OPEC+”un dünya neft bazarındakı payı hazırkı 48 %-dən 52 %-ə qədər arta bilər.


SON XƏBƏRLƏR

10 Iyul 2025