• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

ABŞ onları təyyarəyə doldurub bura göndərəcək

DÜNYA

10 Iyul 2025 | 16:22

ABŞ onları təyyarəyə doldurub bura göndərəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşdən əvvəl bu ölkələrə ABŞ-dan deportasiya edilmiş miqrantları qəbul etmək təklifi göndərərək, bunun Vaşinqtonla ticarət danışıqlarına kömək edəcəyini açıq şəkildə bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ vətəni onları qəbul etməkdən imtina edən və ya geri qaytarmaqda çətinlik çəkən miqrantların yuxarıda adı çəkilən ölkələrə köçürülməsinə razılıq verməyi təklif edir.

ABŞ hökuməti miqrasiya böhranının həllinə yardımın, bu ölkələr üçün ABŞ-la ticarət əlaqələrinin gücləndirilməsinin açarı olacağını bildirib.

Afrika liderlərinin bu məsələyə razılıq verib-vermədiyi hələlik məlum deyil. 


SON XƏBƏRLƏR

10 Iyul 2025