"Ukraynaya ölkənin yenidən qurulmasına kömək etmək üçün 2,3 milyard avro dəyərində yeni maliyyə yardımı paketi ayrılacaq".
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib.
Onun sözlərinə görə, Ukraynanın bərpası və yenidən qurulması səylərini dəstəkləmək üçün beynəlxalq və dövlət maliyyə institutları ilə 2,3 milyard avro dəyərində yeni sazişlər paket qəbul olunub:
"Bu gün Aİ Ukraynanın ən güclü tərəfdaşı rolunu təsdiqləyir. Onun təkcə əsas donoru deyil, həm də onun gələcəyinə əsas investordur. 2,3 milyard avro dəyərində müqavilələr imzalayaraq, biz evlərin bərpası, xəstəxanaların açılması, biznesin canlandırılması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün 10 milyard avroya qədər investisiya cəlb etməyi hədəfləyirik. Yeni paketə investisiya proqramının bir hissəsi kimi 1,8 milyard avro kredit zəmanəti, qalan vəsait isə qrant şəklində daxildir".
Gülşən Şərif