"Avropa Parlamenti utancverici qətnamələr qəbul edir".
Bakıvaxtı.az "İnterpress"ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnaməni şərh edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, məsuliyyət yalnız Avropa Parlamentinə deyil, bütövlükdə Avropa İttifaqının bürokratiyasına aiddir:
"Bu, Avropa Parlamentinin artıq yeddinci, tamamilə utancverici qətnaməsidir. Məncə, buna yalnız Avropa Parlamenti yox, bütövlükdə Avropa İttifaqının bürokratiyası məsuliyyət daşımalıdır. Gürcü xalqının şantaj olunması çox utancvericidir".
Gülşən Şərif