• Bakı 25° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

İQTİSADİYYAT

30 Avqust 2025 | 15:11

Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb

 Naxçıvan-Bakı marşrutu üzrə avtobus reyslərinin sayı artırılıb

Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Hazırda marşrutun hərəkət qrafikinə əlavə olunan yeni reyslə ümumi reyslərin sayı 5-dən 6-ya çatdırılıb.

Bildirilib ki, vətəndaşlar əlavə olunmuş reyslər barədə ətraflı məlumatı Naxçıvan ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.


SON XƏBƏRLƏR