• Bakı 18° C

    15.68 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Hesablama Palatası daha iki nəzarət tədbirini yekunlaşdırıb

İQTİSADİYYAT

26 Sentyabr 2025 | 14:14

Hesablama Palatası daha iki nəzarət tədbirini yekunlaşdırıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Bakıvaxtı.az Palataya istinadən xəbər verir ki, iclasda iki nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib.

Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanları audit olunan qurumların aradan qaldırması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.

Eyni zamanda, iclasda 2025-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilib, kollegiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.


SON XƏBƏRLƏR