• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycan süd və qaymaq idxalını 17 %-ə yaxın artırıb

İQTİSADİYYAT

25 Oktyabr 2025 | 17:32

Azərbaycan süd və qaymaq idxalını 17 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 179 ton süd və qaymaq idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 21 milyon 467 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 753 ton (16,8 %), dəyər baxımından isə 4 milyon 137 min ABŞ dolları (23,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.


SON XƏBƏRLƏR