• Bakı 15° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Trampın sərvəti 1,1 milyard dollar azalıb

İQTİSADİYYAT

23 Noyabr 2025 | 10:20

Trampın sərvəti 1,1 milyard dollar azalıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu itki əsasən “Trump Media & Technology Group” şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Sentyabr ayında şirkətin bir səhmi təxminən 17 dollara satılırdısa, hazırda onu 10,30 dollara almaq mümkündür.

Amerika lideri “Forbes” milyarderlər siyahısında hazırda 595-ci yeri tutur. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onun dünyanın ən varlı şəxsləri arasında 201-ci pillədə qərarlaşdığını bildirmişdi.


SON XƏBƏRLƏR

22 Noyabr 2025