Bu ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycana 3 milyard 735 milyon 212 min dollar dəyərində məhsul idxal olunub.
Bakıvaxtı.az rəsmi statistikaya istinadən xəbər verir ki, Çin 19.43 faiz göstərici ilə idxalda lider ölkədir.
Qeyd edək ki, ötən ilin eyni dövründə Çindən ölkəyə idxal 3 milyard 1 milyon 210 min dollar olmuşdu. Bir il ərzində idxalın 734 milyon dollar artması Çinlə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin artım dinamikasını özündə əks etdirir.
Hesabat dövründə Azərbaycandan Çinə ixrac 79.57 milyon dollar təşkil edib. Ötən ilin eyni vaxtında isə 14 milyon 329 min dollar məhsul Çinə göndərilmişdi.
2025-ci ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9.33 faiz (3 milyard 814 milyon 792 min dollar) təşkil edib.
Bakı 



