• Bakı 15° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Gələn il hansı banklar bağlana bilər?

İQTİSADİYYAT

23 Noyabr 2025 | 21:03

Gələn il hansı banklar bağlana bilər?

Növbəti il bir neçə bankın birləşmə ehtimalı var.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bankların bağlanma məsələsi müzakirə olunsa da, hazırda kapitalı aşağı olan bankların böyük bankların tərkibinə keçməsi ehtimalı daha yüksəkdir:

“İndiki vəziyyətdə hansısa bankın bağlanmasını gözləmirəm. Amma bir neçə bankın birləşməsi baş verə bilər. Yəni, hazırda kiçik bankların böyük banklara birləşməsi ehtimalı var. Amma indidən həmin bankların adını çəkib müştərilərində qorxu yaratmaq istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, daha çox ehtimal kapitalı aşağı olan banklardır”.

Qeyd edək ki, Bank BTB (50.855), Avrasiya Bank (90.261), Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar.

Xatırladaq ki, 2020-ci ildə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank", 2023-cü ildə "Günay Bank" və "Muğan Bank”, 2024-cü ildə isə "Naxçıvanbank"ın lisenziyası ləğv edilib.


SON XƏBƏRLƏR

22 Noyabr 2025