• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Avropa İttifaqı Çindən xammal asılılığını azaltmaq istəyir

İQTİSADİYYAT

25 Oktyabr 2025 | 16:57

Avropa İttifaqı Çindən xammal asılılığını azaltmaq istəyir

Avropa İttifaqı (Aİ) xüsusilə sənaye üçün vacib olan kritik xammallar sahəsində Çindən asılılığı “RESourceEU” adlı yeni bir təşəbbüslə azaltmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Çin hökumətinin nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi yeni məhdudiyyətləri tənqid edərkən bildirib.

“Məqsədimiz qısa, orta və uzunmüddətli dövrdə Avropa sənayesinə kritik xammallar üçün alternativ mənbələrə çıxışı təmin etməkdir,” - deyə U.Lyayen vurğulayıb. Onun sözlərinə görə, “RESourceEU” planı 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra qəbul edilən və Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş “REPowerEU” planına bənzəyir. Plan çərçivəsində Aİ Avstraliya, Kanada, Çili, Qrenlandiya, Qazaxıstan, Özbəkistan və Ukrayna kimi ölkələrlə tərəfdaşlıq proseslərini sürətləndirmək niyyətindədir. U.Lyayen Aİ daxilində kritik xammalların istehsalı və emalı üzrə strateji layihələrə sərmayələrin təşviq olunacağını vurğulayıb. Bununla yanaşı, o, qısamüddətli dövrdə Çin ilə birgə həll yollarının tapılmasına çalışdıqlarını qeyd edib.

Çin oktyabrın 9-da nadir torpaq elementləri və batareya materiallarının ixracına məhdudiyyətlər tətbiq edib. Bu, Avropa sənayesinə, xüsusilə avtomobil, müdafiə, aviasiya, kosmos, süni intellekt çipləri və məlumat mərkəzləri sahələrinə ciddi təsir göstərir.

Aİ bir neçə ildir enerji keçidi, müdafiə sənayesi və elektromobil istehsalı üçün vacib olan minerallarla bağlı Çindən asılılığı azaltmağa çalışır.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025