• Bakı 19° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri açıqlanıb

İQTİSADİYYAT

25 Oktyabr 2025 | 14:28

Azərbaycanın meyvə-tərəvəz ixracından gəliri açıqlanıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574.3 min ton meyvə-tərəvəz ixrac edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 31.4% (143.7 milyon dollar), həcmi isə 30.8% (135.2 min ton) artıb. 2024-cü ilin ilk 9 ayında Azərbaycan 458.8 milyon ABŞ dolları dəyərində 439.2 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 157.2 milyon dollar dəyərində pomidor (144 min ton), 100.4 milyon dollar dəyərində meşə fındığı (13.5 min ton), 50.2 milyon dollar dəyərində alma (71.4 min ton ), 34.1 milyon dollar dəyərində xurma (47.7 min ton), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 7.2 milyon dollar dəyərində nar (8 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.24%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22.74%-ə bərabər olub.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025