• Bakı 27° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

AİLƏ FACİƏSİ ilə bağlı VƏKİLDƏN açıqlama: "Bəzi məlumatlar..."

CƏMİYYƏT

30 Avqust 2025 | 12:21

AİLƏ FACİƏSİ ilə bağlı VƏKİLDƏN açıqlama: Bəzi məlumatlar...

Xəbər verdiyimiz kimi, avqustun 28-də Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtdakı otellərdən birində qeydə alınıb. 2009-cu il təvəllüdlü A.Q. 1989-cu il təvəllüdlü anası Ə.Q.-ya bıçaqla bir neçə dəfə zərbə vuraraq onu qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən vəkil Nicat Mehtixanov bildirib ki, mediada yayılan bəzi məlumatlar dezinformasiya xarakteri daşıyır:

“Proseslə bağlı yayılan informasiyaların bir qismi saxtadır və həqiqəti əks etdirmir. İstintaq sirri olduğu üçün hələlik bütün detallar açıqlanmır. Yaxın zamanda rəsmi məlumat veriləcək”, – deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğu 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciət etsə də, məhkəmə tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR