• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Volqoqradda bazar yanır

DÜNYA

30 Avqust 2025 | 13:50 | Müəllif: Gülşən Şərif

Volqoqradda bazar yanır

Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.

"Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib", - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR