• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibə Qafarova Türkiyə xalqını təbrik edib

SİYASƏT

30 Avqust 2025 | 16:33 | Müəllif: Gülşən Şərif

Sahibə Qafarova Türkiyə xalqını təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Zəfər Bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan parlamentinin spikeri bununla bağlı özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Qurtuluş savaşında qazandığı zəfər Türkiyənin zəngin dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi qardaş Türkiyə xalqının milli birliyini və mübarizə əzmini nümayiş etdirmişdir”.

Spiker bayram münasibətilə qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026