• Bakı 26° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

İlham Əliyevlə Paşinyanın 5 saatlıq görüşü ilə bağlı Ermənistan XİN-dən AÇIQLAMA

SİYASƏT

10 Iyul 2025 | 23:34

İlham Əliyevlə Paşinyanın 5 saatlıq görüşü ilə bağlı Ermənistan XİN-dən AÇIQLAMA

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan liderləri - İlham Əliyevlə Nikol Paşinyanın BƏƏ-də görüşünü uğurlu adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Badalyan sosial şəbəkə hesabında yazıb:

“Qeyd etmək lazımdır ki, Ermənistan da Əbu-Dabidəki görüşü uğurlu hesab edir və bunun sülh prosesi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir”, - Badalyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, görüşdən sonra tərəflər eyni bəyanatı veriblər. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib ki, başqa razılaşmalar əldə olunarsa, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə (BƏƏ) görüşü beş saata yaxın davam edib.


SON XƏBƏRLƏR

10 Iyul 2025