• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

CƏMİYYƏT

10 Iyul 2025 | 19:03

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri və antinarkotik təbliğatı da xüsusi diqqət mərkəzində olub.

DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu sahədə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bütün şəxsi heyətə antinarkotik təbliğatın daha da genişləndirilməsi, gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar və tövsiyələr verib.

Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ictimaiyyətin də birgə səylərini tələb edən mühum bir məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin və ictimai fəalların bu sahədəki dəstəyi xüsusi önəm daşıyır.

Nazir, eyni zamanda, narkotiklərlə mübarizəyə dair təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, ictimaiyyət nümayəndələrinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təşəkkürünü ifadə edib. 

Eyni zamanda, o da diqqətə çatdırılıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr yaradılmamalı, narkotik asılılığından əziyyət çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.


SON XƏBƏRLƏR

10 Iyul 2025