Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, bu ilin ilk 6 ayında ölkənin hava nəqliyyatından 108,8 milyon sərnişinin istifadə etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir Uraloğlu bu barədə “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
“Türkiyə aviasiyada zirvəyə uçur” sözləri ilə paylaşım edən nazir bildirib ki, bu rəqəm, Avropa İttifaqına üzv 17 ölkənin ümumi əhalisinin sayından daha çoxdur.
Qeyd edilib ki, eyni dövr ərzində Türkiyə aeroportlarında 1 milyon 134 min 447 təyyarə hərəkət edib.