• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Əli Əsədov pakistanlı nazirlə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib

SİYASƏT

10 Iyul 2025 | 18:25

Əli Əsədov pakistanlı nazirlə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.

Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


SON XƏBƏRLƏR

10 Iyul 2025