• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

DÜNYA

10 Iyul 2025 | 17:29

Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

Şimali Koreya lideri Kim Çen In yeni iddia ilə gündəmə gəlib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada yayımlanan bir kitabda Kim Çen Inın ana tərəfdən babası Ko Gyo-taekin qaçaqmalçılıq ittihamı ilə Yaponiyadan deportasiya edildiyi və bu səbəblə gənclik illərində Şimali Koreyaya yerləşmək məcburiyyətində qaldığı iddia olunub.

Bildirilib ki, Yoji Gomi tərəfindən yazılan “Ko Yong-hui: Zainichi (Yaponiyadakı koreyalı) və Kim Çen Inın anası” adlı kitab Kimin ailə keçmişindən bəhs edir.

Kitabda Yaponiyada qaçaqmalçılıq yolu ilə geyim ticarəti ilə məşğul olduğu qeyd edilən Gyo-taekin həbs olunduğu və ölkədən deportasiya edildiyi vurğulanır.

Qeyd edilib ki, kitabdakı məlumatlar Kimin adının çəkilməsini istəməyən Yaponiyadakı qohumlarının müsahibələrinə əsaslanır.


SON XƏBƏRLƏR

10 Iyul 2025