“Daşnaksütyun”a qarşı hücumlar fonunda Ermənistan qubernatoru(N.Paşinyan nəzərdə tutulur-S.L.) və İlham Əliyevin nümayəndə heyətlərinin videosu diqqətimi çəkdi. Onların isti münasibətindən belə görünür ki, bu hekayədə sevgi ilə ünsiyyət yaratmağa və birlikdə həyat qurmağa mane olan yeganə bizik...”
Bakıvaxtı.az moderator-a istinadən xəbər verir ki, tert.am-ın məlumatına görə, bu fikirləri qatı revanşist və irqçi xislətli ermənilərdən biri Ermənistan patrlamentindəki “Şərəf duyuram” fraksiyasının katibi, Respublika partiyasının sədr(Serj Sərkisyan) müavini Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
“Doğma Martunini(Xocavənd- S.L.) azərbaycanlılara uğurla təslim etdikdən sonra öz “qazandığı” mövqeyindən həyasızcasına həzz alan və yəqin ki, daim beynində “Martuni Azərbaycandır, vəssalam” deyə təkrarlayan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gülən siması xüsusilə diqqəti cəlb etdi” – deyə revanşist siyasətçi bildirib.