• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Dünya səyyahlarının Ağdam şəhərinə səfər edib -YENİLƏNİB

SİYASƏT

10 Iyul 2025 | 17:54

Dünya səyyahlarının Ağdam şəhərinə səfər edib -YENİLƏNİB

Dünya şöhrətli “Most Traveled People” (MTP) səyahət klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində iyulun 10-da Ağdama gəlib. 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib.

    Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

    Xarici səyyahlar Ağdam şəhərinin dağıntılarına və yeni inşa olunan yaşayış yaşayış binalarına baxıblar. Prezidentin Xüsusi nümayədəliyinin əməkdaşı onlara ermənilərin işğal dövründə törətdikləri vandalizm və Ağdam işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verib.

    Ağdam şəhər Cümə məscidi ilə tanış olan səyyahlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

    Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

    Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.

    ***

    15:26

    Dünya səyyahlarının Ağdam şəhərinə səfəri başlayıb.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, heyət ilk olaraq Ağdam şəhidlər xiyabanına gəlib.


    SON XƏBƏRLƏR

    10 Iyul 2025