• Bakı 24° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Numan Kurtulmuş Azərbaycana gəldi

SİYASƏT

23 Iyun 2026 | 18:55

Numan Kurtulmuş Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycanda səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR