• Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Qazaxıstan və Əfqanıstan 235 milyon dollarlıq müqavilələr imzalayıb

CƏMİYYƏT

23 Iyun 2026 | 17:06

Qazaxıstan və Əfqanıstan 235 milyon dollarlıq müqavilələr imzalayıb

Kabildə Qazaxıstan-Əfqanıstan biznes forumunun yekunları üzrə ümumi məbləği təxminən 235 milyon dollar olan sazişlər, memorandumlar və kommersiya müqavilələri imzalanıb.

Bakıvaxtı.az-ın Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən xəbər verir ki, bu ölkənin ticari-iqtisadi missiyası 21-22 iyun 2026-cı il tarixlərində keçirilib.

Tədbirdə 50-dən çox Qazaxıstan şirkəti və Əfqanıstanın işgüzar dairələrinin 300-dən çox nümayəndəsi iştirak edib. Missiya çərçivəsində B2B danışıqları, həmçinin Qazaxıstan mallarının və xidmətlərinin sərgisi keçirilib.

Qazaxıstan şirkətləri aqrosənaye kompleksinin, qida, tekstil, kimya və əczaçılıq sahələrinin məhsullarını təqdim ediblər.

Əhəmiyyətli nəticələrdən biri Əfqanıstanın "Nesar Elyas Trading LTD" şirkəti ilə "Maslozavod Turkestan" MMC arasında günəbaxan yağının tədarükünə dair onillik memorandumun imzalanması olub. Həmçinin "Şabıt" MMC "Speranza" ticarət markası altında 15 milyon dollar dəyərində yarma tədarükünə dair memorandum imzalanıb.

Bundan başqa, Qazaxıstanın Taxıl Emalçıları İttifaqı ilə Əfqanıstanın Ticarət və İnvestisiya Palatası buğda ununun və onun emalı məhsullarının ixracının inkişafı sahəsində əməkdaşlıq barədə razılığa gəlib.

Tibb və innovativ texnologiyalar sahəsində ayrıca sazişlər imzalanıb.

Eyni zamanda, Qazaxıstanın "Samsar Holding" şirkəti və Əfqanıstanın "Amo Tracks Trading and Logistics Company" şirkəti əməkdaşlıq haqqında memorandum imzalayıblar. Tərəflər kömürlə işləyən istilik elektrik stansiyasının tikintisi üzrə birgə layihənin həyata keçirilməsi barədə ilkin razılığa gəliblər. Layihənin ilkin dəyəri 20-30 milyon dollar qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR