“ABŞ Prezidenti Donald Trampın tez-tez mövqe dəyişikliyinə dünya artıq vərdiş edib".
Bunu Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik üzrə mütəxəssis İlham İsmayıl deyib.
Onun sözlərinə görə, ABŞ və İran arasında razılaşmadan əvvəl Tramp Rusiya dövlət başçısı Vladimir Putin və Çin lideri Si Cinpinlə telefonla danışıb:
“Tramp Putinlə telefon danışığında deyib ki, o, Ukraynaya təzyiq edəcək ki, müharibəni tezliklə bitirsin. Ancaq Trampın Rusiyaya qarşı sərtliyini, prinsipiallığını il yarımdır ki, görmürük. Çox təəssüf ki, Rusiya Avropanın vasitəçiliyindən qətiyyətlə imtina edir. Moskva deyir ki, Avropa Ukraynaya çox geniş yardımlar etdiyinə görə, vasitəçi ola bilməz, çünki o tərəfdir”.

İlham İsmayıl: Aİ bundan sonra da Ukraynaya hərtərəfli yardımlarını davam etdirəcək
Müsahibimiz Finlandiya prezidentinin vasitəçi rolunun da alınmadığını xatırladıb. Dediyinə görə, yəqin ki, Avropanın vasitəçiliyi bundan sonra da alınmayacaq və Aİ Ukraynaya hərtərəfli yardımlarını davam etdirəcək:
“Bəs Vaşinqton Yaxın Şərqdəki 60 günlük fasilədən istifadə edərək Rusiyaya təsir edə biləcəkmi? Təəssüf ki, bu da real görünmür”.
Aydın Baxış
Bakı 



