• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb

HADİSƏ

10 Iyul 2025 | 16:44

Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb

Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 19 faizə yaxın azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iyulun 10-da Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 17049 cinayət qeydə alınıb, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub.

2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025