• Bakı 31° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Rusiya Azərbaycan pomidorlarında "zərərverici aşkarladı"

CƏMİYYƏT

10 Iyul 2025 | 21:17

Rusiya Azərbaycan pomidorlarında zərərverici aşkarladı

Novosibirskdə Azərbaycandan gətirilən “yoluxmuş pomidor” partiyası aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rosselxoznadzorun Sibir Regionlararası İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İddia olunur ki, iyulun 1-dən 7-dək müvəqqəti saxlama anbarlarında aparılan yoxlama zamanı mütəxəssislər təhlükəli zərərverici olan Cənubi Amerika pomidor güvəsinin mövcudluğunu aşkar ediblər.

Bundan əlavə, Ekvador və Çindən gələn güllərdə, Özbəkistan gavalılarında, alma və nektarinlərində, Özbəkistan və Tacikistandan gələn şaftalılarda “zərərvericilər” aşkar edilib. “Yoluxmuş məhsulların” ümumi həcmi 97 tona yaxın tərəvəz və 12 mindən çox gül kəsimi təşkil edib.


SON XƏBƏRLƏR

10 Iyul 2025