Tehrandan hər hansısa təhdid olarsa, İsrail İranı yenidən vuracaq.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"İsrailin uzun əli İranın onu təhdid edə biləcəyi hər yerə - Tehranda, Təbrizdə, İsfahanda və ona zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Gizlənə biləcəyiniz heç yer yoxdur. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq", - Katz deyib.