İyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev Ruanda Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Charles Kayonga ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Ruanda Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.