• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər

DÜNYA

10 Iyul 2025 | 15:57

Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər

Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio ikitərəfli gündəliyin bütün spektri və dünyada vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Lavrov və Rubionun görüşündə Ukrayna müharibəsində nizamlama, İran və Suriya ətrafında vəziyyətlə bağlı konkret, açıq fikir mübadiləsi baş tutub.

Görüş iştirakçıları həmçinin münaqişəli vəziyyətlərin sülh yolu ilə həlli üçün yollar axtarmağa hazır olduqlarını təsdiqləyib, ikitərəfli diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması istiqamətində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

RF XİN-də vurğulanıb ki, Rusiya və ABŞ xarici siyasət idarələri xətti ilə konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirəcəklər. Lavrov və Rubio əlaqələrin bərpasına hazır olduqlarını təsdiqləyiblər ki, buna RF və ABŞ arasında birbaşa hava əlaqəsinin bərpası kömək edə bilər.


SON XƏBƏRLƏR

10 Iyul 2025