"UTair" aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Hava Limanından Bakıvaxtı.az-a verilən məlumata görə sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün "UTair" aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.
21:13
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə salınıb.
Bakıvaxtı.az-ın məlumatına görə, saat 18:00-da yerinə yetirilməli olan aviareys sabah saat 12:00-dək təxirə düşüb.
İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.
Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır./Report